Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azad olunmuş Vətən torpaqlarında məskunlaşaraq bu yerləri gülüstana döndərəcəyik

0

  •       Zəngilan – Azərbaycan Respublikasının inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir.1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonu 27 sentiyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərində, oktyabrın 18-də başladılan hərbi əməliyyatlarında azad edilmişdir. Zəngilan döyüşləri Azərbaycan Silahli Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparılmışdır və qısa zaman ərzində Zəngilan şəhəri azad edilmişdi. 20 oktyabr da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonu ilə birlikdə rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin azad edildiyini də bildirmişdi. İşğaldan azad edilmiş ərazilərimizdə görülən quruculuq işlərinin miqyası və məzmunu bütün dünyanı heyran qoyur. Biz bu torpaqlarda Azərbaycan Prezidentinin böyük sürətlə apardığı misilsiz yeniliklərin şahidi oluruq. Yolların çəkilişi, hava limanlarının tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq. Zəngilan rayonunun Ağalı kəndi də “ağıllı kənd” layihəsi əsasında qurulmuşdur. Layihə qısa zaman ərzində uğurla başa çatmışdır və kəndin əsl, doğma sakinləri isə kəndə böyük səbirsizliklə, sevinclə qayıtmışdır. Erməni işğalçıları qovulduqdan sonra Azərbaycan dövləti insanların tezliklə geri qayıtması üçün bu kənddə böyük işlər görmüşdür. Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsi üçün kifayət qədər vəsait xərcləməklə yanaşı, müasir dünya təcrübəsindən də faydalanır, nüfuzlu xarici şirkətləri əməkdaşlığa dəvət edir. Bu ilin yay aylarında Ağalı kəndinin sakinləri uzun ayrılıqlardan-28 illik həsrətdən sonra, Qurban bayramı ərəfəsində ilk dəfə doğma torpaqlarına qədəm qoydular, görülən işlərlə tanış oldular. Hər kəs yaxşı bilir ki, kəndlinin bütün ömrü bir evi tikməyə gedir. Darmadağın edilmiş bütün kəndin bir ildən az vaxta tikilməsi və 1500 sakinin evlə təmin edilməsi heyrətamiz hadisədir, gerçəkləşmiş əfsanədir.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “ağıllı kənd”in təməli aprelin 26-da qoyulmuşdur. Bununla da işğaldan azad olumuş ərazilərdə məskunlaşmaq üçün müasir tələblərə cavab verən və beynəlxalq standartlara əsəslanan yeni inkişaf modeli ilə layihələndirilmiş ilk yaşayış məntəqəmizin tikilməsi işlərinin icrasına başlanılmşıdır. Ağalı kəndində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa edilmiş, bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi üçün tədbirlər görülmüşdür. Ağalı kənd sakinlərinin bir qrupu üçün kiçik təsərrüfatların yaradılması da nəzərdə tutulur və artıq bu istiqamətdə müəyyən müvafiq işlər görülməkdədir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq, piyada və velosiped yolları çəkiləcək, kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək.Artıq demək olar ki, bütün bu işlər yekunlaşmaq üzrədir. Biz erməni işğalçılarının yer üzündən sildiyi bir kəndin minalardan təmizlənərək necə sürətlə bərpa edilməsini görürük. Azərbaycan dövləti işğaldan azad edilən bütün torpaqları bu sürətlə qarış-qarış dirçəldib məskunlaşdıracaq və ürəkləri vətən qubarı ilə döyünən insanları öz torpaqlarına qovuşduracaq. Biz böyük xalq olaraq inanırıq ki, Dövlətimizin və bu dövlət ətrafında sıx birləşmiş xalqımızın sayəsində daha böyük uğurlara imza atacayıq. Azad olunmuş Vətən torpaqlarında məskunlaşaraq bu yerləri gülüstana döndərəcəyik. Erməni vandalizmi bir də bu müqəddəs torpaqlara ziyan verə bilməyəcək. Möhtərəm Prezidentimizin təbiri ilə desək, Zəngilan Azərbaycandır! Qarabağ Azərbaycandır! Bu həmişəlik olaraq belə olacaq!Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın Xalqımız! Yaşasın bu böyük uğurlara imza atan Müzəffər Ali baş Komandanımız və Böyük Qələbəni bizə yaşadan Qalib Ordumuz! Allah bu yolda canlarından keçən Şəhidlərimizə rəhmət eləsin! Amin!Səbinə Quliyeva,Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib48 dəfə
    Azad olunmuş Vətən torpaqlarında məskunlaşaraq bu yerləri gülüstana döndərəcəyik

    Maraqlı gələ bilər
    162
    48
    0
    51